Gəmiqaya Taxıl Məhsulları Sənaye Kompleksi MMC
Taxıl Məhsulları
Bu müəssisədə un və un məmulatları, quş və heyvan yemləri, dənli bitgilərdən un və yarma istehsal olunur. Fəaliyyət göstərən dəyirman keyfiyyətli taxılla təmin edilir. Dəyirmanda üyüdülən buğdadan 78 faiz un, 22 faiz kəpək alınır. Sifarişə uyğun olaraq, əla, I növ və qara un istehsal edilən dəyirmanda insan orqanizmi üçün vacib elementlərlə zəngin yeni çeşiddə kəpəkli un istehsalı da təmin olunub. Hazır məhsullar 1, 2, 5, 25 və 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafına da təkan verib.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınan, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 bunker quraşdırılıb. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılıb. Həmin məhsula olan tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsi üçün qısa zamanda yeni müəssisə yaradılıb. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılıb. Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradılıb, bu sahədə məhsul istehsalı artımına nail olunub. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal edilən qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını alıb.
Bundan başqa cəmiyyətdə 10 min ton qapalı anbar və 27 min ton olan silolar mövcuddur.