HAQQIMIZDA
DƏYƏRLƏRİMİZ
Gəmiqaya Holdinq olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir, milyonlarla insana qucaq açır və daha rifah cəmiyyət üçün ortaq dəyərlər yaratmağa çalışırıq.
Gücümüz birlikdədir... İşçilərimiz bizim ən böyük hərəkətverici qüvvəmizdir. İşçilərimizin təlim və fərdi inkişafını şirkət ənənəmizin bir hissəsi hesab edir və bu çərçivədə bacarıqlarını ən yaxşı şəkildə göstərə biləcəkləri bir şirkət mühiti yaratmağa çalışırıq.
Təşəbbüskar, yenilikçi və öncüyük... Genetik kodlarımızda olan təşəbbüskarlıq ilə yönəldiyimiz bütün fəaliyyətlərdə, yeniliyə və yaradıcılığa dəyər veririk. İnnovasiya (yenilik), texnologiya, dizayn və tədqiqat-inkişafa investisiya qoyur, ölkəmizdə inkişafın öncüsü və ilklərdən olmak üçün çalışırıq.
Hədəfimiz ölkə və cəmiyyət üçün dəyər yaratmaqtır... Gördüyümüz bütün işlərin və həyata keçirdiyimiz layihələrin ölkəmiz və cəmiyyətimiz üçün ortaq dəyər yaratmasını hədəfləyirik.
Düzgün, çalışqan və məsuliyyətliyik... Ölkəmizi və insanlarımızı daha yaxşı gələcəyə daşımaq üçün dürüstlüyümüzü itirmədən çalışırıq. İşimizi görərkən, bütün əməkdaşlarımızla düzgün əlaqələr qurur, işimizi qanunlara uyğun formada həyata keçiririk.
Güvənli, şəffaf və əlçatanıq… Təsis edildiyimiz gündən etibarən, bütün fəaliyyətlərimizdə şəffaf və hesabat verəbilən olmağı məqsəd kimi qəbul edən korporativ idarəçilik anlayışı ilə hərəkət edirik.
Fəaliyyətlərimizi davamlılıq anlayışı ilə təşkil edirik… Yaşamağa daha əlverişli bir dünya üçün bütün fəaliyyətlərimizi davamlılıq strategiyamıza uyğun olaraq həyata keçiririk.
Ölkəmizin iqtisadi gücünə güc qatmaq üçün çalışırıq… "Ölkəmizin varlığı, bizim də varlığımızdır" fəlsəfəsi ilə hərəkət edərək, dövlətimizə və cəmiyyətimizə güvənir, yerli istehsalatın gücünə inanır, gördüyümüz bütün işlərin ölkəmizin iqtisadiyyatına töhvə verməsi və əlavə dəyər qatması üçün çalışırıq.
BİZİ İZLƏYİN